Azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinin sayı artırılacaq

Azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinin sayı artırılacaq backend

Növbəti dövrlərdə işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinin sayı artırılacaq.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, böyük qayıdış prosesi genişləndirildikcə, məntəqələrin də sayı artırılacaq:

"Bu seçkilərdə isə həmin ərazilərdə 54 məntəqə fəaliyyət göstərir".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Diaspora