Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Rusiyada qiyabi həbs edilib

Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Rusiyada qiyabi həbs edilib backend

Moskvanın Basmannı rayon məhkəməsi nifrət və düşmənçilik salmaqda təqsirləndirilən Ukraynanın Qazaxıstan Respublikasındakı keçmiş səfiri Pyotr Vrublevskiyə (ekstremistlər və terrorçular siyahısına daxildir) hökm çıxarıb.

Qaziler.az bildirir ki, TASS bu barədə məhkəmə zalından olan müxbirinə istinadən xəbər verir.

Vrublevski qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl dövlət ittihamçısı onun üçün də eyni müddət istəmişdi.

2022-ci ilin avqustunda verdiyi müsahibədə keçmiş səfir dünyada mümkün qədər çox rusiyalını məhv etməyə çağırıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib və qiyabi həbs edilib.

QAZİLER.AZ

Diaspora