Pavel Durovun həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxs azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov olub.
Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, milyarder Azərbaycanda Hüseyn Həsənov və 24 yaşlı bloqer Yuliya Vavilova ilə səhər yeməyi yeyib.
Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar, orada fransız təhlükəsizlik işçiləri artıq onları gözləyirdilər.
İddia olunur ki, Durov Bakıda Xəzər dənizinin sahilində yerləşən Emin Ağalarova məxsus restoranlardan birində səhər yeməyi yeyib.