Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, deputatlığa namizədin növbəti görüşü Neftçala Olimpiya İdman Kompleksində təşkil olunub.
Tənzilə Rüstəmxanlının təbliğat kampaniyaları içərisində ən böyüyü olan görüşə mindən çox seçici qatılıb. Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşılanıb.
Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Əvvəlcə, Tənzilə Rüstəmxanlıdan bəhs edən qısa video-çarx izlənilib.
Görüşdə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, VI çağırış Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimovvə namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.
Daha sonra söz Tənzilə Rüstəmxanlıya verilib. Deputatlığa namizəd öz platforması haqqında məlumat verib. Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında səylərini əsirgəməyəcəyini vurğulayan Tənzilə Rüstəmxanlı seçiləcəyi halda seçicilərinin etimadını doğruldacağına söz verib.
O qeyd edib ki, seçicilər üçün əlçatan olacaq və birbaşa ünsiyyəti heç bir vaxt kəsməyəcək.