8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

8 Noyabr prospektinin bir hissəsində hərəkət  tam məhdudlaşdırılacaq backend

Sabah saat 06:00-dan Bakının Xətai rayonunun 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Diaspora