Noyabrın 1-də keçiriləcək parlament seçkilərini Rusiya Dövlət Dumasının üzvləri də müşahidə edəcək.
Trend Secki-2015.az saytına istinadən məlumat verir ki, nümayəndə heyətinə Liberal Demokrat Partiyasının təmsilçisi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski rəhbərlik edəcək.7 nəfərdən ibarət nümayəndə heyətinin səfəri oktyabrın 30-dan noyabrın 2-dək davam edəcək



