Ötən gün 2000-ci il təvəllüdlü Quba rayonu sakini hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq təkrar keysəriyyə kəsiyi əməliyyatının ağrısızlaşdırılma etapında saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub.
Göstərilən tam həcmli şok əleyhinə intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpə 21.08.2024-cü il saat 15:00 radələrində vəfat edib.