Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim Xocalım” bölgələrdə” layihəsi Şəki şəhəri, Şəki Dövlət Rəsm qalereyasında, saat 11:00-da keçiriləcək. Sərgiyə hər kəs dəvətlidir.
Xatırladaq ki, peşəkar və həvəskar fotoqrafların işlərindən ibarət olan və Xocalı həqiqətlərini əhatə edən fotoşəkillərdən ibarət sərgi bundan əvvəl Respublikanın Gəncə, Sumqayıt və Quba şəhərlərində keçirilb. Sərgini digərlərindən fərqləndirən cəhət fotoların hər biri müasir dövrümüzdə və Xocalı Soyqırımını əks etdirən (Xocalı fotoqrafın gözü ilə) mövzuda çəkilməsidir.Layihənin əsas məqsədi isə bölgə gənclərini Xocalı Soyqırımı haqqında maarifləndirmək, Xocalı həqiqətlərini çatdırmaq və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsidir.