“Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-i yeni layihənin icrasına başlayıb

“Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-i yeni layihənin icrasına başlayıb backend

“Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təsnifatı və təbliği” layihəsinin icrasına başlayıb.

Qaziler.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təsnifatını apararmaq, bu silsilədə multikulturallıq elementlərinin əhəmiyyətini diqqətə çatdırmaq, sürətlə dəyişən dünya reallığında milli dəyərləri qorumağın əhəmiyyyətini genişləndirərək, metodologiyasını qurmaq və təbliğ etməkdir. “Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İB-inin sədrinin verdiyi məlumata görə cari ilin mart ayından başlayaraq multikulturalizm milli-mənəvi dəyər və regional sabitlik ideyası kimi – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət universiteti tələbə, müəllim heyəti hər birində 40 nəfər olmaqla 2 tədbir  və Xızı, eyni zamanda İsmayıllıda hər birində 30 nəfər olmaqla tədbirlər keçiriləcək.

Məlumat üçün qeyd edək ki, sözügedən layihə 4 ay müddətində (01.02.2022-01.06.2022) həyata keçiriləcək.

QAZİLER.AZ

Diaspora