“Dəyərlərimizi Unutmayaq” adlı sənədli filmin təqdimatı keçirilib

“Dəyərlərimizi Unutmayaq” adlı sənədli filmin təqdimatı keçirilib backend

“Dünyəviliyin və Maarifpərvərliyin” Təbliğinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dəyərlərimizi Unutmayaq” adlı sənədli filmin Binəqədi rayon Gənclər evində təqdimatı keçirilib. Layihəni Anar Rəsul acaraq film haqqında məlumat verdi. O bildirdı ki, film: Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində yaradılmış yaradıcılıq emalatxanasının çəkir. Film bu emalatxanada Qarabağ tikmə, xalçaçlılq və zərgərlik məktəbinin ənənələrinə uyğun olaraq bu ixtisaslar üzrə peşə dərsləri keçən gənclərin və bu sənəti onlara öyrədən müəllimlərin gündəlik həyatından bəhs edir.

Sonra Bəsti Nəsibova söz alarqa bildirdi: Ərazilərimizin işğal edilməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün evini, yurdunu tərk etməyə məcbur olmuşdu. Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvasına qayıtması üçün imkan yarandı. Onların rahat və təhlükəsiz yaşamı üçün dövlət tərəfindən müvafiq tədbirlər görülür. Eyni zamanda onların məşğulluğu üçün də tədbirlər icra edilir. Qarabağa dönüş həm də millli mənəvi dəyərlərin təbliği, itib-getmiş adət-ənənlərə, dəyərlərə, vərdiş və peşələrə də qayıdış deməkdir. Bu dəyərləri təbliğ edən hər bir təşəbbüs gələcək nəsldə ümid, stimul yaradır, məskunlaşmanın, məşğulluğun dinamlkasına təsir edir.

Təqdimatda Qeyri Hökumət Təşkilatlarının sədrləri Mətanət Əsgərqızı, Cəmilə Abdulova, Vüsalə Sadıqova da iştirak edirdilər.Filmn təqdimatından sonra gənclərlə filim haqqına diskusya kecirildı.

 

Diaspora