Tərtər rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir

Tərtər rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir backend

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə həyata keçirir.

Bu barədə  Qaziler.az-a AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, artıq Naftalan şəhərində işlər yekunlaşandan sonra layihə çərçivəsində Tərtər rayonunda ciddi işlər başlayıb. O, bildirib ki, Tərtər Azərbaycanda minadan ən çox zərərçəkənin yaşadığı rayondur. İlkin məlumata görə Tərtər rayonundan iki yüzdən artıq minadan zərərçəkən var. Ona görə də burada  layihənin bütün işçi heyəti, “Çıraq” Humanitar ictimai birliyinin sədri, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi üzrə təcrübəli ekspert Nadir Cəfərov, mina qurbanları, AMZA-nın idarə heyətinin üzvləri Ruhin Vəliyev, Vidadi Məmmədzadə və Babaşov Xəzər regionda çalışırlar.

R.Kərimoğlu qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil etdiyini qeyd edərək deyib: 

“Layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəyik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNSMA agentləri sorğular keçirəcəyik. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək".

QAZİLER.AZ

Diaspora