"Qarabağda görünən mənzərə çox utancvericidir" - "Qarabağ qaziləri"nin SƏDRİ

"Qarabağda görünən mənzərə çox utancvericidir" - "Qarabağ qaziləri"nin SƏDRİ backend

"Hər kəs şəxsi istifadəsi üçün götürdüyü tullantıları özü ilə geri qaytarsa, Qarabağda belə xoşagəlməz mənzərə yaranmaz".

Qaziler.az bildirir ki, bu fikirləri "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev paylaşıb. O, Qarabağda yaranmış vəziyyətlə bağlı təəssüf hissi keçirdiyini qeyd edib.

"Son günlər işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşların qidalanmaq məqsədi ilə özlərilə götürdükləri plastik qabları və salafan torbaları istifadə etdikdən sonra hara gəldi atmaları sosial şəbəkə istifadəçilərində haqlı narazılıq yaradıb. Mövzunun aktuallığını nəzərə alaraq mən də bir vətəndaş, QHT sədri və Qarabağ qazisi olaraq öz münasibətimi bildirmək istəyirəm. Həqiqətən görünən mənzərə çox utancvericidir. İnanmaq olmur ki, bunu şüurlu, dünyagörüşlü yetkin insanlar edir. Vətənimizin qeyrətli övladlarının qanı və canı bahasına işğaldan azad olunan bu torpaqlarda tam məskunlaşma olmadığına görə təmizliklə bağlı müvafiq işlər hələlik təşkil olunmayıb. Məgər bunu anlamaq o qədərmi çətindir?

Hər kəs şəxsi istifadəsi üçün götürdüyü tullantıları - plastik qabları və salafan torbaları özü ilə geri qaytarsa, Qarabağda belə xoşagəlməz mənzərə yaranmaz. Gəlin ölkəmizə də evimizə bəslədiyimiz münasibəti bəsləyək. O zaman hər tərəf, hər yan gülüstan olar.Unutmayın ki, vətən torpaqları bizə həm də şəhidlərimizin əmanətidir!"

QAZİLER.AZ

Diaspora