Avqustun 19-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA_Kremlinpool” teleqram kanalı məlumat paylaşıb.
Kanalın verdiyi məlumata görə, Rusiya nümayəndə heyətinin Bakıya səfəri münasibətilə təşkil edilən işgüzar şam yeməyinin menyusuna qara kürü, ət və göy qutabı, üzüm yarpaqlarından dolma, təndirdə farel balığı və quzu əti daxil edilib. Ziyafətdə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev də iştirak ediblər.
Bakıda “Gülüstan” sarayında işgüzar şam yeməyi təşkil olunub. Rusiya nümayəndə heyətinə milli yeməklər təqdim olunur. Menyuda cəmi 11 yemək olub. İçkilərə ağ quru şərab “Savalan Sauvignon Blanc” və quru qırmızı “Meysari Makhmari” təklif edilib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və nümayəndə heyəti dar və geniş tərkibdə danışıqlar aparmaq üçün Azərbaycana ikigünlük səfər edib.
QAZİLER.AZ