Bu gün Azərbaycan Sərhəd Mühafizəsi özünün 105 illik yubileyini Dövlət Sərhəd Xidmətinin yaradıcısı dahi öndər Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin Müzəffər Ali Baş komandanlığı altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah-texnikaya malik olan, iqlim və relyefindən asılı olmayaraq, Vətənimizin quru və su sərhədlərini sayıqlıqla qorumağa qadir olan bir qurum kimi qarşılayır.
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
QAZÌLER.AZ Trend-ə istinaden bildirir ki, “Elite Events Hall”da Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.
Prezident İlham Əliyevin 2024-cü il 17 avqust tarixli sərəncamları şəxsi heyətin diqqətinə çatdırılıb, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltif edilib.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əlamətdar gün münasibətilə hazırladığı bayram konsertini izləyib, tədbir iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sözümüz imzamızdır” sənədli filmi nümayiş olunub