Deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunun Əhmədbəyli kəndinin sakinləri ilə görüşüb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, sakinlər deputatlığa namizədi yüksək coşğu ilə qarşılayıblar.
Kənd ziyallıları Sulduz Əliyev və Mirqayıl Həmidov çıxış edərək namizədin Milli Məclis VI Çağrış müddətində fəaliyyətini yüksək qiymətləndirərək son illər Füzuli rayonundakı inkişafdan söz açıblar.
Çıxışçılar Füzuli rayonun uzun müddət işğal altında qalan torpaqların azad olunması və yenidənqurma mərhələsinə qədəm qoymasına görə Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza minnətdarlıqlarını ifadə ediblər.
Vüqar Bayramov çıxışı zamanı Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə, o cümlədən Füzuli rayonun daha da inkişaf etməsi üçün formalaşan yeni imkanlara toxunub: "Artıq Füzuli şəhərində 3 mindən çox sakin məskunlaşıb və proses daha da intensivləşəcək".
O qeyd edib ki, Milli Məclis VI Çağrış müddətində seçicilər ilə sıx ünsiyyət qurmağa çalışıb. V. Bayramov Ötən müddətdə Əhmədbəyli kəndi daxil olmaqla Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiklərini deyib: "Daxil olan 4898 müraciət üzrə müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərərək seçiciləri problemlərinin həllinə dəstək olmağa çalışmışıq".
Namizəd rayonun tam qazlaşdırılması, sürətli internet təminatı, su təminatına dəstək, torpaq islahatlarının sürətlənməsi məsələlərinə dəstək olmağa çalışmaqla yanaşı, bir sıra konseptual iqtisadi və sosial məsələlər üzrə mexanizmlər hazırlayıb təqdim etdiyini xatırladıb.
"Avropa Parlamenti daxil olmaqla təmsil olunduğum beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil etməyə səy göstərmişəm", - deyən V. Bayramov əlavə edib ki, bütövlükdə, təmsil etdiyi rayonu Milli Məclisdə, Azərbaycanı isə beynəlxalq platformalarda layiqincə təmsil etməyə çalışır.
Daha sonra seçicilərin sualları cavablandırılıb və fikirləri dinlənilib