Azərbaycana məxsus “TIR”ın İtaliyada qaçırılması barədə xəbər yayılıb. Sahibkar Muzaffer Koyugölge Zaqataladan yığılmış 22 ton fındıqla dolu “TIR”ın silahlıların hücumuna məruz qaldığını demişdi.
Zaman_Azərbaycan qəzetinin verdiyi məlumata görə, redaksiya ilə əlaqə saxlayan M. Koyugölge “TIR”ın tapıldığını və hazırda İtaliya polisində olduğunu dedi. Qeyd edək ki, “TIR” tapılsa da, yükün aqibəti məlum deyil. Sahibkar bildirib ki, “TIR”ın ölkəmizə gətirilməsi və yoxa çıxan məhsula görə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsi istiqamətində işlər davam etdirilir.İtaliyada qaçırılmış Azərbaycana məxsus “TIR” tapıldı

