Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.
QAZÌLER.AZ Publika.az-a idtinaden xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikləri Bəhman Babayev, Əyyub Məmmədov və Nəsib Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.
Bəhmən Babayev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiridir. O, əvvələr DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.
Əyyub Məmmədov Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinin rəisidir. O, 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Nəsib Mirzəyev Çevik Hərəkət briqadasının komandiridir. O, Prezident İlham Əliyev tərəfindən “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.