“Türkiyənin bəzi loukosterləri Azərbaycana uçmaqdan imtina edib”

“Türkiyənin bəzi loukosterləri Azərbaycana uçmaqdan imtina edib” backend

"Həqiqətən də, Türkiyənin bəzi loukosterləri Azərbaycana uçmaqdan imtina edib". "APA-Economics"in xəbərinə görə, bunu "Ground Handling Company"nin ("Silk Way Holding"in törəmə şirkəti) icraçı direktoru İlqar Ələkbərov deyib.

"Türkiyədən olan loukosterlərin Azərbaycana uçmaqdan imtina etməsi həqiqətdir. Bu cür məsələlərdə əsas amil kommersiyadır.... Aviaşirkətlərin əsas məqsədi gəlir əldə etməkdir", - deyə İ. Ələkbərov bildirib.

İcraçı direktor deyib ki, sözügedən məsələ ilə bağlı türkiyəli aviadaşıyıcılarla danışıqlar bərpa oluna bilər.

Loukoster daha aşağı qiymətə uçuşlar həyata keçirən aviadaşıyıcıdır.