Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda aidiyyəti dövlət qurumu tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
QAZÌLER.AZ Lent.az-a istinaden həmin yolları təqdim edir:
Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar
1. Alexsandr Puşkin küçəsi Dəmir yol vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;
3. Nəsimi rayonu, 28 May küçəsində, (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);
4. Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;
5. Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağınının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;
6. 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Təmir işləri aparılan küçə və prospektlər
1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;
3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;
4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel”in qarşısı, hər iki istiqamətdə;
5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;
6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;
7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda təmir işləri aparılır.