Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək backend

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-da Neftçalada vətəndaşları qəbul edəcək. QAZİLER.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəbulda yalnız Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda ancaq FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi 35) 29 oktyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.