Bu diplomatlar deputat olmaq istəyir - Siyahı

Bu diplomatlar deputat olmaq istəyir - Siyahı backend

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir neçə diplomatımız da namizəd kimi iştirak edir.

QAZÌLER.AZ  Axar.az-a istinadla xəbər verir ki, onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Q.Məmmədov XİN-in müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində çalışıb.

Digər deputat olmaq istəyən diplomatımız Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəddir.

Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəddir. 1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəddir.

 

Diaspora