Avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
QAZÌLER.AZ Publika.az-a istinaden verdiyi məluamata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Avqustun 5-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.