MSK sədri deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayını AÇIQLADI

MSK sədri deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayını AÇIQLADI backend

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.

QAZÌLER.AZ  Trend-e istinaden xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"İndiyə qədər 881 deputatlığa namizədi qeydə alınıb", - o deyib.

Ümumilikdə isə 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bir yer üçün 11 nəfər mübarizə aparır.

MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.

M.Pənahov bildirib ki, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1191 nəfər isə imza vərəqələrini qaytarıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

 

 

Diaspora