Azərbaycan hökuməti ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata alıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu qeydiyyat quruma paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir.
Öz növbəsində kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayır.