Parlament seçkiləri ilə əlaqədar çap ediləcək seçki bülletenlərinin sayı açıqlanıb

Parlament seçkiləri ilə əlaqədar çap ediləcək seçki bülletenlərinin sayı açıqlanıb backend

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 516 567 ədəd seçki bülleteni çap ediləcək.

QAZÌLER.AZ  Trend-e istinaden verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

O vurğulayıb ki, seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Diaspora