Azərbaycanın Milli qəhrəmanı Fred Asif anılıb - FOTO

Azərbaycanın Milli qəhrəmanı Fred Asif anılıb - FOTO backend

Bu gün Azərbaycanın Milli qəhrəmanı Məhərrəmov Asif Yusif oğlunun (Fred Asif) anım günü ilə bağlı tədbir keçirilib.

Bu barədə Qaziler.aza tədbirdə iştirak edən “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu məlumat verib. O, qeyd edib ki, tədbir Umma Azərbaycan Mədəniyyət və Təhsil Birliyi, Rostov Regional İctimai Təşkilatı tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində, sədr Leyla Əhmədova və Emil Tadcəddinovun təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Fred Asifin məzarı ziyarət edilib. Daha sonra İkinci Fəxri xiyabanın mərasim evində tədbir keçirilib. Tədbiri açan aparıcı ilk olaraq şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra söz Fred Asifin qardaşı Ədalət Məhərrəmova verilib. Layihə rəhbərləri də çıxış edərək şəhid və qazilərimizin qəhrəmanlığından danışıblar. Belə anım tədbirlərini davam etdirəcəklərini bildiriblər.

Çıxışların davamında “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu danışıb. Əməkdar həkim, Qarabağ müharibəsi qazisi Tariyel Eyvazov, tarixçi-araşdırmaçı Ramazan Hüseynov, “Təzadlar” qəzetinin redaktoru Elçin Məmmədli çıxış edənlərin srasında olub. Bununla yanaşı tədbirdə Fred Asifin ailə üzvləri, onun yaxınları, dostları, döyüş yoldaşları, qazilər də iştirak ediblər.

Tədbirdə iştirak edən Qarabağ qaziləri Fred Asifin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.  Bununla yanaşı 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəman oğullarının şücaətindən bəhs edilib. Həmçinin şəhid anaları da çıxış edərək, öz hiss və düşüncələrini paylaşıblar.

Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunub,  ehsan verilib.Daha sonra təşkilat rəhbəri Leyla xanım şəhid ailələrinə bu günlə bağlı diplomlar təqdim edib.

QAZİLER.AZ

Diaspora