12 nəfər dəm qazından zəhərləndi

12 nəfər dəm qazından zəhərləndi backend

Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 12 nəfər müraciət edib. Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu rəqəmi ötən ilin müvafiq dövrü ilə müqayisədə az hesab etmək olar:

"Bu il dəm qazından zəhərlənənlər arasında ölüm halları baş verməyib".

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanları ehtiyatlı olmağı tövsiyə edib.