Ukrayna nümayəndələrinin Rusiya ilə danışıqlara hazır olduqları barədə mesajı Rusiyanın mövqeyi ilə eynidir, lakin təfərrüatları gözləmək lazımdır.
Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, bunu iyulun 24-də keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Rusiya Federasiyası ilə danışıqlara hazır olduğu haqda bəyanatı ilə bağlı “İzvestiya”nın sualını cavablandırarkən deyib.
Kulebanın Çin Xarici İşlər Naziri Van İ ilə görüşdə belə bir bəyanatla çıxış etməsini həmin gün Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib. Daha sonra Ukrayna Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyərək, Ukraynanın Rusiya ilə “müəyyən mərhələdə” danışıqlara hazır olduğunu bildirib.
QAZİLER.AZ