“142” Çağrı mərkəzi interaktiv səsli cavablandırma ilə daha çox vətəndaşa xidmət göstərir

“142” Çağrı mərkəzi interaktiv səsli cavablandırma ilə daha çox vətəndaşa xidmət göstərir backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətinin təkmilləşdirilməsi nəticəsində vətəndaşlar həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müəyyən anonslar vasitəsilə cari dövrü əhatə edən məlumatlarla tanış ola bilərlər.

Bu barədə Qaziler.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir. 

Digər bir yenilik isə səsli menyu vasitəsilə vətəndaşlara müvafiq qanunvericiliklə bağlı məlumat almaq imkanının yaradılmasıdır.

Belə ki, IVR sisteminin yenidən qurulması ilə vətəndaşlar səsli menyu vasitəsilə ünvanlı dövlət sosial yardım, sosial müavinətlər və əmək pensiyaları istiqamətləri üzrə müraciət qaydaları barədə məlumatı dinləyə bilərlər.

Qeyd edək ki, IVR istifadəyə verildikdən sonra Çağrı mərkəzi tərəfindən təkcə iş vaxtlarında qəbul edilən müraciətlərin günlük ortalama sayı 31% artaraq 9,6 mini ötüb. Həmçinin qeyri-iş vaxtlarında gün ərzində orta hesabla 2,8 min müraciət IVR vasitəsilə qəbul edilib.

Diaspora