Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 6 ayında əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Qaziler.az bu barədə nazirliyin saytına istinadla xəbər verir. 

Qeyd olunub ki, onlardan 26,1 mini ambulator, 13,8 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında əlilliyi olan 7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib.

Diaspora