Lisenziyaların verilməsi ilə bağlı sualları İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov cavablandırır. Hazırda lisenziyalarla bağlı hansı işlər görülür? Dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlanır. Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik.
-Yeni siyahı və qaydalar təsdiq olunanadək lisenziyaların verilməsi prosesi necə həyata keçiriləcək?Hazırda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılacaq. Növbəti mərhələdə isə qısa müddət ərzində yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə) verilməsi ilə bağlı müraciətlərin qəbuluna start verilməsi nəzərdə tutulur.
Lisenziyalar “ASAN xidmət” mərkəzləri vasitəsilə aşağıdakı ünvanlarda veriləcək:
- Bakı şəhəri üzrə 5 saylı “ASAN xidmət” mərkəzi (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115);
- Regionlarda mövcud olan “ASAN xidmət” mərkəzləri:
- Regionlarda mövcud olan “ASAN xidmət” mərkəzləri:
Qeyd: Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.