DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-də keçirilən “19-cu illik beynəlxalq 2024 Globee® Texnologiya Müsabiqəsi”ndə uğur qazanıb.

Bu barədə Qaziler.az nazirlikdən məlumat verilib.

Mərkəzin 2023-cü il ərzində olan fəaliyyəti və əldə etdiyi nailiyyətləri barədə təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.

DOST RİM sosial sahənin uğurla rəqəmsallaşdırılması ilə əlaqadər “Gümüş Globee® Qalibi” mükafatına layiq görülüb.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrin 1700-dən çox layihəsi iştirak edib.

Mərkəzin adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb:

https://globeeawards.com/technology/winners/

Bununla da 2024-cü ilin ötən dövrü ərzində DOST RİM-in əldə etdiyi beynəlxalq mükafat sayı 13-ə çatıb.

Diaspora