Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib

Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib backend

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 25 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib.

Sədrin sözlərinə görə, 532 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

"451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə M.Pənahov vurğulayıb.

Diaspora