Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin nəşi İmişli rayonuna gətirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, şəhidin nəşi İmişli rayonunun Muradxanlı kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İbrahim Ələşrəf oğlu Vəliyev 1924-cü il iyunun 1-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı və Qaraxanlı kəndləri istiqamətində itkin düşüb.
İ.Vəliyev İmişli rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.