Nazir müavini taksi xidmətindən kənarlaşdırılan sürücülərə avtobus sürücüsü olmağı təklif edib

Nazir müavini taksi xidmətindən kənarlaşdırılan sürücülərə avtobus sürücüsü olmağı təklif edib backend

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib.

"APA-Economics" xəbər verir ki, bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır.

Nazir müavini qeyd etdi ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.

Rəhman Hümmətovun sözlərinə görə, təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər.

Diaspora