Azərbaycan alimi ABŞ-ın nüfuzlu jurnalının redaksiya heyətinin üzvü seçilib

Azərbaycan alimi ABŞ-ın nüfuzlu jurnalının redaksiya heyətinin üzvü seçilib backend

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova ABŞ-ın “Communications” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ayda iki dəfə nəşr olunan jurnal kommunikasiya sahəsi üzrə nəzəriyyə, sistem, metod, alqoritm və proqramlar haqqında ən son yenilikləri diqqətə çatdırır. Jurnal rabitə sahəsində çalışan elmi tədqiqatçılar, sənaye mütəxəssisləri, mühəndis və menecerlər üçün nəzərdə tutulub.
Diaspora