Fazil Qasımovun məhkəməsi başlayır - Qubad İbadoğlunun işi ayrıca icraata götürüldü

Fazil Qasımovun məhkəməsi başlayır - Qubad İbadoğlunun işi ayrıca icraata götürüldü backend

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı iş adamı Fazil Qasımovun cinayət işi üzrə ibtidai istintaq bu gün başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qasımova Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Onun vəkili Telman Qasımov bildirib ki, iş materialları ilə tanış olublar. Cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər. İş bu günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Vəkil qeyd edib ki, istintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Eyni maddə ilə ittiham olunan və hazırda barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

Diaspora