Baş prokuror Hacıqabulda vətəndaşları qəbul edəcək

Baş prokuror Hacıqabulda vətəndaşları qəbul edəcək backend

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov noyabrın 13-də saat 11:00-da Hacıqabul Rayon Prokurorluğunun inzibati binasında Şirvan şəhərində, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, onların rahatlığı üçün Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazılmaq imkanı yaradılıb.