Polad Bülbüloğlu ilə bağlı yayılan videoya RƏSMİ CAVAB

Polad Bülbüloğlu ilə bağlı yayılan videoya  RƏSMİ CAVAB backend

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.

“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib.

Diaspora