Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı Prezidentin xüsusi nümayəndəliyində müavin təyinatı olub

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı Prezidentin xüsusi nümayəndəliyində müavin təyinatı olub backend

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin olunub.

Trend xəbər verir ki, sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub.

Bununla bağlı Prezident İlham Əliyev iyul ayının 15-də müvafiq sərəncam imzalayıb.

Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Diaspora