Ofeliya Sənani infarkt keçirib

Ofeliya Sənani infarkt keçirib backend

Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.

Axsam.az xəbər verir ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:

"İnfarkt keçirdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".

Diaspora