Səhər saatlarında Bakı metrosunda problem yarandı

Səhər saatlarında Bakı metrosunda problem yarandı backend

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların yubanması halı baş verib. Stansiyalarda olan vətəndaşlar səkkiz dəqiqə qatar gözləməli olublar.

Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin verdiyi açıqlamaya görə, "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması üzrə işarə sistemi işə düşüb.

Məlumata görə, maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

Diaspora