"Semaşko"da doğuş müəmması: Əkizlərdən birinin nə ölüsünü, nə dirisini verirlər - VİDEO

"Semaşko"da doğuş müəmması: Əkizlərdən birinin nə ölüsünü, nə dirisini verirlər - VİDEO backend

"Semaşko"da (Kliniki Tibbi Mərkəz) əkizlərə hamilə olan qadına doğuş zamanı bir uşaq verilib.

Şikayətçi Mədinə Hacıyevanın sözlərinə görə, hamilə olduğu müddətdə dəfələrlə doppler və ultrasəs müayinələrdən (USM) keçib və həkimlər uşaqlarının əkiz olacağını bildiriblər:

"Hadisə yanvar ayının 26-da Kliniki Tibbi Mərkəzdə baş verib. Hamiləlik dövründəki həkim müayinələrim özəl xəstəxanalarda aparılıb. Orada mənə dedilər ki, "uşaqlarınız əkizdir lakin biri çox zəifdir". Doğuşdan sonra məni palataya aparanda isə övladımın birinin öldüyünü bildirdilər".

Mədinə Hacıyevanın sözlərinə görə, xəstəxananın həkimləri - Solmaz Mehdiyeva və ultrasəs aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da onun əkiz uşağa hamilə olduğunu təsdiqləyiblər.

Həkim Solmaz Mehdiyeva ilə doğuşun yanvar ayının 30-u, qeysəriyyə üsulu ilə olacağını planlaşdırsalar da, Mədinə Hacıyeva ağrısı olduğu üçün yanvarın 26-da xəstəxanaya gətirilib və doğuşu həmin gün növbədə olan Minnurə Kazımova həyata keçirib.

Daha sonra anaya bir oğlan övladının dünyaya gəldiyini bildiriblər.

Şikayətçi onu da vurğulayıb ki, itirdiyi övladı 3 kiloqram 100 qram olub. Hazırda ailədə olan övladı isə həkimlərin zəif diaqnoz qoyduğu körpədir.

Hətta ailə dünyaya gələcək övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblər. Bu gün Ağa onların yanındadır. Ana isə digər övladının axtarışındadır.

Məsələ ilə bağlı ailə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovla da görüşüb.

Daha sonra Nəsimi Rayon Prokurorluğuna da müraciət olunub. Mədinə Hacıyevanı müayinə edən həkim Zeynəb Osmanova isə ona pul və ərizəsini geri götürməsini təklif edib.

Qeyd edək ki, Mədinə Hacıyevanın şikayəti əsasında Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra cinayət işinin başlanılmasına rədd edilməsi barədə qərar qəbul edilib.

Ətraflı APA TV-nin süjetində:

Diaspora