TAP şəbəkə kodeksinin yenidən nəzərdən keçirilməsi üçün müzakirələrə başlayır

TAP şəbəkə kodeksinin yenidən nəzərdən keçirilməsi üçün müzakirələrə başlayır backend

Transadriatik boru kəmərinin (TAP) konsorsiumu TAP Şəbəkə Kodeksinə təklif olunan dəyişikliklər üzrə ictimai müzakirələr aparır.

QAZÌLER.AZ  Trend-e istinadən xəbər verir ki, müzakirələr 12 iyul - 12 avqust 2024-cü il tarixlərində keçiriləcək.

İctimai müzakirələrdə iştirak etmək istəyən maraqlı tərəflər öz şərhlərini 12 avqust 2024-cü il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

TAP-ın kommersiya direktoru Mariya Savova bildirib ki, Şəbəkə Kodeksinə düzəlişlər "Gün Daxilində" məhsulunun tətbiqini nəzərdə tutur.

"Bu, imkanları genişləndirəcək və bizim yük göndərənlərə TAP-da güclərin bron edilməsi, həmçinin, qazın Aİ və Enerji Birliyində marketinqi zamanı çeviklik təmin edəcək", - o əlavə edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Transadriatik boru kəməri (TAP) ilə illik səkkiz milyard kubmetr qaz İtaliyaya, bir milyard kubmetr qaz isə Yunanıstan və Bolqarıstana çatdırılır.

2020-ci il dekabrın 31-də Azərbaycan qazının Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə tədarükünə başlanılıb. TAP vasitəsilə Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını Avropa bazarına boru kəmərləri ilə ixrac edib. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiya edib.

Diaspora