Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkini izləyəcəklər.
QAZÌLER.AZ Axar.az-a istinaden verdiyi məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.
Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən təklif edilib.
Xatırladaq ki, ölkəmizdə parlament seçkiləri 1 sentyabrda keçiriləcək.