İlham Əliyevdən türkmənistanlı həmkarına təbrik

İlham Əliyevdən türkmənistanlı həmkarına təbrik backend

Prezident İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu bu ölkənin milli bayramı münasibətilə təbrik edib

Lent.az-ın president.az-a istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram".