Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edildi

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edildi backend

Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

QAZİLER.AZ xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Qaydada aşağıdakı dəyişikliklər edilib:

- 5.10-cu bənddə “20 ildən” sözləri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)” sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

“5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

 

5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.”.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Diaspora