Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib. Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, bu barədə Deportasiya Qurbanları Cəmiyyətinin mətbuat xidmətindən xəbər verilib.
DQC sabiq səhiyyə naziri Əli İnsanova, eləcə də İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə səbr diləyir.Qeyd edək ki, bu günlərdə Ə.İnsanovun həbs edilməsinin 10 ili tamam olub.