Qarabağ bəyamnaməsi: Qarabağ Azərbaycandır!      

Qarabağ bəyamnaməsi: Qarabağ Azərbaycandır!       backend

“Şuşa işğaldan azad olunduqdan sonra burada aparılan bərpa və quruculuq işləri qədər, bu şəhərdə keçirilən beynəlxalq tədbirlər dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!”

Bu fikirləri Qaziler.az saytına “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü ilə bağlı danışarkən səsləndirib. O, vurğulayıb ki, miqyasına görə ən böyük tədbirlərdən biri olan TDT-nin Şuşadakı sonuncu qeyri-rəsmi zirvə görüşü və burada qəbul olunan sənədlər bir daha dünya ictimayyətinin diqqətini Azərbaycanın bu dilbər güşəsinə yönəldib.

“Rəsmi qonaqların qarşılanması və onların Azərbaycan Respublikasının prezdenti cənab İlham Əliyevlə səmimi və mehriban təmasları şübhəsiz ki, ermənilərdə və onların beynəlxalq  havadarlarında böyük məyyusluqla yanaşı, həm də bir qıcıq yaratdı. Qalib Ali baş komandan özünün xarici siyasətində əsas proritet adlandırdığı türk dünyasının liderlərini işğaldan azad edib yenidən abadlaşdırdığı Şuşa şəhərində qəbul edirdi. Bu tarixdə hər dövlət başçısına nəsib olmayan bir xöşbəxtlikdir!                                                        

Şübhəsiz ki, tədbirin çox yadda qalan sənədlərlə yekunlaşması onun cazibədarlığını daha da artırmış oldu. Ali qonaqların, səfər öncəsi, tədbir zamanı və sonradan vermiş olduğu mesajlaradan daha önəmlisi altına imzalarını atdıqları Qarabağ bəyannaməsi idi. Geniş və məzmunlu giriş hissəsindən və 31 bəndən ibarət olan sənəddə “türk dünyasının yeni inkişaf strategiyasının əsas hədəfləri elan edildi”, - deyə bilərik.  İqtisadi, ticari, logistik, mədəni, siyasi və digər vacib istiqamətləri özündə etiva edən sənədin mahiyyəti türk dövlətləri arasında hərtərəfli inteqrasiya prosesinin dərinləşdirilməsi və genişləndirilməsinin öz əksini tapması idi. Təməli Naxçıvanda qoyulan Türk dünyasının inkişafının yeni mərhələsi Şuşada imzalanan Qarabağ bəyannaməsi olduğunu əminliklə qeyd edə bilərik”.

QAZİLER.AZ

Diaspora