Gənclər Fondunun nümayəndəsi: Regionlarda düşərgələrin təşkilini genişləndirməkdə maraqlıyıq

Gənclər Fondunun nümayəndəsi: Regionlarda düşərgələrin təşkilini genişləndirməkdə maraqlıyıq backend

Bu gün biz Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbə gənclərin məzun şənliyi keçirilir. Tərəfdaşlarımızın dəstəyi ilə gənclərimiz üçün maraqlı proqram hazırlanaraq təqdim olunur. Tədbir daha çox əyləncə formatında təşkil olunur, çünki tələbələrimiz təhsillərini başa vurmalarını, məzun olmalarını qeyd edirlər.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden bildirir ki,   bu barədə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə  deyib.

Onun sözlərinə görə, belə tədbirlər yay fəsli boyunca düşərgələr və digər festivallar formatında davam edəcək: “Xüsusilə, Gənclər Fondu “Yay Fest 2024” gənclər festivalını təşkil etməyə hazırlaşır. Onların Azərbaycanın ən böyük gənclər festivalına bu yay da qatılmasını istəyirik. Gənclərin inkişafına töhfə verməkdən məmnun olacağıq. Planımız budur ki, hər il gənclər üçün daha geniş formatda imkanlar yaradaq. Gənclər Fondu gənclər üçün gələcəkdə də müxtəlif tədbirlər keçirməyə davam edəcək. Yeniliklərdən biri odur ki, yay fəslində, xüsusilə də regionlarda düşərgələrin təşkilini genişləndirməkdə maraqlıyıq. Gələcəkdə bölgələrdə belə layihələrin sayı ildən-ilə daha da artacaq”.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhərin dəstəyi və ATGTİ-nın təşkilatçılığı ilə “A+” adlı məzun şənliyi keçirilib. Şənlikdə Gənclər Fondunun nümayəndələri, ölkənin aparıcı Gənclər Təşkilatlarının sədrləri və minlərlə tələbə gənc iştirak edib.

 

 

Diaspora